Azərbaycan və Çexiya uzun müddətdir etibarlı tərəfdaşlardır
Gülnar Nəsrullayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 315 nömrəli məktəbin direktoru
Prezident cənab İlham Əliyev, 2026-cı il 27 aprel tarixində Andrey Babişin Azərbaycana etdiyi səfər zamanı mətbuata verdiyi açıqlamada, Azərbaycan ilə Çex Respublikası arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsində olduğunu vurğulamışdır. Prezident, ölkələrimiz arasında aktiv siyasi dialoq olduğunu və qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd etmişdir.
Bəyanatda iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə xüsusi önəm verilib, ticarət əlaqələrinin genişləndirilməsi və investisiya imkanlarının artırılması üçün konkret təkliflərin olduğu vurğulanmışdır. Prezident İlham Əliyev, iqtisadi əlaqələrin şaxələndirilməsi üçün böyük bir potensialın mövcud olduğunu bildirmişdir.
Energetika sahəsinin əməkdaşlığın əsas istiqamətlərindən biri olduğu da qeyd olunmuşdur. Azərbaycan və Çexiya uzun müddətdir enerji sektoru üzrə etibarlı tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Azərbaycan nefti Çexiyanın enerji balansında əhəmiyyətli bir rol oynayır, eyni zamanda Azərbaycan qazı bir sıra Avropa ölkələrinə ixrac olunur.
Bəyanatda müdafiə sənayesi sahəsində əməkdaşlığın da perspektivli bir istiqamət olduğu vurğulanmışdır. Bu sahədə qarşılıqlı maraq və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.