Azərbaycan və Albaniya arasında çox güclü dostluq və əməkdaşlıq münasibətləri olmuşdur

Azərbaycan və Albaniya arasında çox güclü dostluq və əməkdaşlıq münasibətləri olmuşdur
Aybəniz Əmirova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 317 nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycan Respublikasının Prezindeti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına rəsmi səfər etmişdir. Görüş zamanı İlham Əliyev bu ölkəyə ilk dəfə səfər etdiyini və burada olmaqdan məmnunluq hissi duyduğunu söyləmişdir. Əvvəlki illərdə Albaniya prezidentləri dəfələrlə Azərbaycanda səfərdə olmuşlar. Keçmiş Prezident İlir Meta və baş nazir Edi Ramanın bu il ölkəmizdə rəsmi səfərdə olduğunu qeyd etmişdir. Azərbaycan və Albaniya arasında çox güclü dostluq və əməkdaşlıq münasibətləri olmuşdur.
Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq Azərbaycan ilə Albaniya arasında əlaqələri gücləndirmişdir. İkinci Qarabağ müharibəsi zamanı Albaniya Azərbaycanın ərazi bütövlüyünə dəstək olmuş, bununla bağlı bir neçə bəyanat hazırlamışdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etsə də, bunların heç biri 27 il ərzində icra edilməmişdi. Cənab İlham Əliyev çıxışında bildirmişdi ki, ermənilər işğal etdikləri ərazilərdə 67 məsciddən 65-ni məhv etmiş, iki məsciddə isə donuz, inək kimi heyvanlar saxlayaraq müsəlmanların hisslərinə toxunmuşlar. Biz müharibə zamanı tarixi ədaləti bərpa edərək, torpaqlarıızı işğaldan azad etdik. İndi həmin ərazilərdə quruculuq işləri gedir və Azərbaycan bayrağı fəxrlə dalğalanır.
Görüşdə müzakirə edilən məsələlərdən biri də qaz sahəsində əməkdaşlıq oldu. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında hər iki ölkə mühüm rol oynamışdır. Azərbaycan qazı bu gün Avropanın enerji təlükəsizliyinə öz töhvəsini verir. İlham Əliyev bildirmişdi ki, Azərbaycanla Avropa arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrində olduğunu qeyd etmişdir. Təbii ki, qaz Albaniya ərazisindən keçəcək. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi yaxından iştirak edə bilər və biz buna hazırıq. Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.
Görüşdə İlham Əliyevin toxunduğu sonuncu məsələ NATO ilə bağlı olmuşdur. Azərbaycanla NATO arsında sıx əməkdaşlıq mövcuddur. Azərbaycan Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdi. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Türkiyə və Azərbaycanın NATO-dan çıxan son ölkələr olduğunu qeyd etmişdi. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.