Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər

Əfsanə Əkbərova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin həkimi       

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra artıq bir çox  dünya dölətləri də bizim müstəqilliyimizi tanımağa başladı. Belə dövlətlərdən biri də İtaliya Respublikası  olmuş və 1 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 8 may 1992-ci ildən isə iki ölkə arasında diplomatik əlaqələr qurulmağa başlanılmışdır.  İlk dövrlərdən günümüzə qədər Azərbaycan-İtaliya  arasında çoxtərəfli münasibətlər və möhkəm strateji tərəfdaşlıq yaranmışdır. İstər Ulu öndər Heydər Əlievin hakimiyyəti dövründə, istərsə də Prezident cənab İlham Əliyevin başçılığı ilə dəfələrlə İtaliyaya rəsmi səfərlər təşkil olunmuş, o cümlədən də İtaliya dövlət başçıları ölkəmizə rəsmi ziyarətə gəlmişdir.

Bütün bu qarşılıqlı səfərlər çərçivəsində çox mühüm bəyanatlar verilmiş və stroteji əməkdaçlığımız daha da gücləndirilmiş, müstəqil Azərbaycanın inkişafı naminə mühüm töhvələr vermişdir. 20 fevral 2020-ci il tarixində Roma şəhərində Azərbaycan Respublikasının Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir

Digər ən mühüm hadisə keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmasıdır. Təbii ki Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Universitetdə təqribən 500-dən çox tələbə təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycan İtaliya arasında daha da möhkəm siyasi,diplomatik, iqdisadi körpülərin qurulmasında böyük rol oynayacaqlar və bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

Nəhayət öz süverenliyimizi bərpa etdikdən sonra 2026-cı il mayın 4-də Azərbaycan Respublikasına İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorgia Meloninin rəsmi səfəri də çox mühüm tarixi əhəmiyətə malik hadisədir.