Azərbaycan qazının Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir

Azərbaycan qazının Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir

Həqiqət Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri                           

Bildiyiniz kimi, cari ilin martın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıda rəsmi səfər zamanı Prezident İlham Əliyev tərəfindən mətbuata bir sıra bəyanatlar verilmişdir. 

Qədim tarixi olan Makedoniya və Azərbaycan xalqı oxşar keçmişə, bənzər talelərə malikdirlər. Dünyada mürəkkəb tarixi yol keçmiş, bəşəriyyətə görkəmli sərkərdələr bəxş etmiş bu iki ölkə  müəyyən dönəmlərdə müstəmləkə ölkəsi olaraq mücadilə aparıblar.

Makedoniyalılar da azərbaycanlılar kimi 1990-ci illərdə müstəqillik qazandılar. Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensial vardır və Şimali Makedoniya Prezidentinin səfəri bu imkanları daha da genişləndirir.

Enerji sahəsindəki əməkdaşlıq, ötən ildən Şimali Makidoniyaya qaz ixracı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yeni imkanların açılması deməkdir.  Azərbaycan Balkan dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır.

Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onların böyük əksəriyyəti – 10-u Avropa ölkəsidir. Mədəniyyət diplomatiyasının gücünə inanan xanım Davkova humanitar sahədə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkəmizin mədəni dəyərləri ilə maraqlanır və bu yanaşmanı ölkəmiz yüksək dəyərləndirir.

Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlər son illərdə yüksələn xətlə inkişaf edir. Bu iki ölkə arasında əlaqələr təkcə siyasi və diplomatik sahələrdə deyil, həm də iqtisadi, ticarət, mədəniyyət və təhsil sahələrində də güclənir.

Azərbaycan və Şimali Makedoniya, qarşılıqlı maraqlarına əsaslanaraq, əməkdaşlıq imkanlarını artırmağa çalışırlar. Həmçinin hər iki ölkə regionda stabillik və təhlükəsizlik məsələlərində bir-birini dəstəkləyir, və bu əlaqələr daha da möhkəmlənməkdədir.