Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurub
Sevda Allahverənova
YAP Suraxanı rayoin təşkilatının üzvü
Suraxanı rayonu, 279 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Azərbaycan Respubilikasının Prezidenti cənab İlham Əliyev xalqının, millətinin xoş və firavan həyatı, parlaq gələcəyi naminə hər zaman uğurlu addımlar ataraq, ön cərgələrdədir.Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştrak edib. Bu tədbirdə İlham Əliyev çıxış edərək, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğalayıb. İlham Əliyev müxtəlif Asiya ölkələrində çoxsaylı rəsmi səfərlər edib.Bu səfərlər zamanı o bir çox dövlət başçıları ilə görüşlər keçirib. Bu səfərlər Azərbaycan və Asiya ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.
Xalqımızın çoxəsrlik tarix mədəniyyət din və ortaq dəyərləri birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında bu əlaqələr xüsusilə, güclüdür.Ermənistanın təxminən 30 illik işğal dövründə Qarabağ və ətraf ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. Bu müddət ərzində ərazilər ciddi şəkildə dağıdılıb, infrastrukturlar tamamilə, məhv edilib. Hal hazırda Azərbaycan höküməti bu ərazilərin bərpası üçün lazimi işlər görür və məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
Azərbaycan bərpa olunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurub. İmzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” enerji sahəsində ilk addımını atıb. Bu əməkdaşlıq çərçivəsində artıq Azərbaycan- Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan ilə birgə “Rəqəmsal ipək yolu” lahiyəsi infastrukturun inkşafına töhfə verəcək.
COP 29 İqlim Konfransı bu il 11-22 noyabr tarixində Bakıda keçiriləcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq, Bakı Stadionu seçilib. Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə, COP 29 sədrliyi fəaliyyətə təkan vermək üçün bir-birini dəstəkləyən,iki istiqamətə əsaslanan, plan hazırlayıb.