Azərbaycan – Çexiya arasında 30- dan çox sənəd imzalanıb
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Son illərdə Azərbaycan enerji sistemində çox mühüm irəliləyişlər nəzərə çarpır. Bunlardan ən əsaslardan biri də təbii qazın ixracının genişlənməsi olmuşdur. Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. Bu ölkələrdən 10-u Avropa İttifaqının üzvü olanlardır.
Qazın ixracı həm də geosiyası strategiyaya da əsaslanır. Belə ki, Azərbaycanın bir ölkə olaraq Xəzər dənizi sahilində yerləşməsi bizim ixrac imkanlarımız inkişafına müsbət təsir edir. Cənub Qaz Dəhlizi və bunun kimi digər mühüm layihələr Azərbaycanın dünya bazarına birbaşa çıxışını təmin etmişdir.
Həmçinin enerji əməkdaşlığı sahəsindəki inkişaf ilə bağlı Qəbələdə aprel ayının 27-si 2026- cil ildə əhəmiyyətli bir görüş də baş tutdu. Belə ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Çexiya Respublikasının Baş naziri Andrey Babiş arasında enerji və bir çox mühüm sahələr haqqında danışıqlar aparılıb.
Danışıqların məqsədi hər iki ölkə arasında çoxsahəli əməkdaşlığın inkişafı ilə bağlı olub. Əsas müzakirə olunan məsələlərdən biri də Azərbaycan qazının Çexiyaya ixrac etməsi olub. Bu görüş iki ölkə arasındakı münasibətlərin müsbət müstəvidə davam etdiyini və gələcəkdə də yaşanan rifaha yaxşı təsir edəcəyinin göstəricisidir.
Bildirilib ki, Azərbaycan –Çexiya arasında 30- dan çox sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında münasibətlərin daha qədimə söykəndiyini bir daha təsdiq edib.
Azərbaycan üçün bütün sahələrdə əməkdalıqda öz plana çıxan prinsip etibarlılıq və davamlılıqdır.