Səriyyə Cəfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin psixoloqu
2006-2009-cu illərdə Rusiya ilə Ukrayna arasında baş vermiş qaz böhranından sonra Avropa üçün enerji təhlükəsizliyi onun milli təhlükəsizliyin əsas komponenti hesab olunur. Beləliklə, Avropa Rusiyadan enerji asıllığını azaltmaq üçün yeni mənbələr və maşurutlar axtarmağa başladı. Rusiya artıq Avropa üçün etibarlı enerji tərəfdaşı hesab edilmirdi. Bu kontekstdə Avropa Azərbaycana xüsusi önəm verərək Cənub Qaz Dəhlizi qlobal enerji layihəsini irəli sürülmüşdür. Cünki Avropa ilə Azərbaycan arasında neft-qaz sahəsində uzun illər davam edən səmərəli əməkdaşlıq mövcud idi.
20 ilə yaxındır ki, Azərbaycanda beynalxalq investorların iştirakı ilə Xəzər neft və qaz sərgisi təşkil olunur. İlk belə sərgi 1994-cü ildə “Əsrin müqavailəsi” sazişi imzalananda təşkil olunmuşdu. 1991-ci ildə Azərbaycan müstəqillik qazanmasına baxmayaraq ölkədə ağır sosial-iqtisadi böhran hökm sürürdü. Ölkədə xaos, anarxiya özbaşınalıq hakim idi. Bundan başqa, atəşkəs saizişi imzalansada Azərbaycan Ermənistanla faktiki müharibə şəraitində idi. Digər sovet ölkələri kimi Azərbaycan da kommunizmdən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Ölkədə hasil edilən neft və qazın Avropa bazarlarına nəqli üçün boru kəmərləri, ümümiyyətlə enerji infrastrukturu yox idi. Buna görə də Azərbaycan investisiya yatırmaq üçün riskli yer sayılırdı.
Bütün bunlara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin böyük iradəsi və qətiyyəti sayəsində beynalxalq investorlar Azərbaycana cəlb olundu. 1994-cü ildə Azərbaycan ilə beynəlxalq enerji şirkətləri arasında “Əsrin müqaviləsi” saizişi imzalandı. Bununla da cənab Prezident İlham Əliyevin vurğuladığı kmi ölkədə dayanıqlı inkişafın və iqtisadi sabitliyin əsası qoyuldu. Beynəlxalq investorlarla uğurlu əməkdaşlıq sayəsində 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft və Bakı Tbilisi Ərzurum qaz kəmərləri vaxtında istifadəyə verilmişdir. Bundan sonra Azərbaycan beynalxalq enerji şirkətləri birgə Cənub Qaz dəhlizi enerji layihəsini uğurla həyata keçirmişdir. Azərbaycan bugün Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Azərbaycan Avropa üçün uğurlu və etibarlı tərəfdaş-qaz təchizatcısı hesab olunur. Bugün Azərbaycan beynalxalq investorla uğurlu əməkdaşlıq sayəsində Avrasiyanın enerji xəritəsini tamamilə dəyişməyə nail olub.
2022-ci il Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın Rusiya olan qaz asıllığını tamamilə aradan qaldırmaq üçün həm enerji mənbələrinin, həm də enerji marşurutlarının şaxələndirilməsi ön plana çıxmışdır. Buna görə də etibarlı qaz tədarükçüsü olan Azərbaycanla Avropa İttifaqı arasında Azərbaycandan Avropaya nəql olunan qazın həcminin ikidəfə artırılmasını, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığı nəzərdə tutan enerji sahəsinda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycan daha çox avropa olkəsini qazla təmin edəcək.
Bugün Azərbaycan zəngin neft-qaz ehtiyatlarına, eləcə də böyük bərpaolunan enerji potensialına malikdir. Anlaşma Memordanumuna uyğun olaraq, Azərbaycan ilə Macarıstan və Ruminiya arasında yaşıl enerji üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdır. Yaxın gələcəkdə Azərbaycandan daha çox Avropa ölkələrinə neft və qazla yanaşı yaşıl enerji də nəql olunacaqdır. Bu, bir daha sübut edir ki, Azərbaycan Avropa üçün uğurlu etibarlı enerji tərəfdaşıdır.