Amnistiya aktları cəmiyyətə mərhəmət, ədalət və bağışlama dəyərlərinin aşılanmasına xidmət edir

Amnistiya aktları cəmiyyətə mərhəmət, ədalət və bağışlama dəyərlərinin aşılanmasına xidmət edir
Dadaş Baba-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri humanizm prinsiplərinə söykənir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü də məhz bu humanist siyasətin bariz nümunəsidir.Bu təşəbbüs dövlətçiliyin möhkəmləndirilməsi, insan hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir. Amnistiya aktları cəmiyyətə mərhəmət, ədalət və bağışlama dəyərlərinin aşılanmasına xidmət edir. Bu baxımdan amnistiya təşəbbüsü təkcə hüquqi akt deyil, eyni zamanda mühüm sosial və mənəvi məzmun daşıyır. Prezidentin bu addımı onun ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini açıq şəkildə nümayiş etdirir.     

Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi ilə yanaşı ,milli suverenliyimizin və müstəqilliyimizin gücləndirilməsinə də xidmət edir. Konstitusiyanın aliliyinin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması bu təşəbbüsün əsas məqsədləri sırasında yer alır.

Amnistiyanın şamil olunacağı şəxslər dairəsinin genişliyi onun miqyasını və əhəmiyyətini daha da artırır. Bu təşəbbüs minlərlə ailənin sevincinə səbəb olur,cəmiyyətdə sosial ədalət və etimad mühitinin formalaşmasına töhfə verir. Eyni zamanda amnistiya cəzaçəkmə müəssisələrində olan şəxslərin islah olunaraq cəmiyyətə reinteqrasiya olunmasına şərait yaradır.

Müstəqil Azərbaycan tarixində bu təşəbbüs ən böyük amnistiya aktlarından biri kimi qiymətləndirilir.Prezident İlham Əliyevin təşəbbüsü ilə 12 amnistiya və 71 əfv sərəncamının imzalanması dövlət başçısının humanizm siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir.

Nəticə etibarilə, ”Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan  edilməsi təşəbbüsü Azərbaycan dövlətinin gücünü, hüquqi və mənəvi dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Bu addım həm hüquqi dövlət quruculuğunun, həm də humanist cəmiyyət formalaşdırılmasının mühüm göstəricisidir.