AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala YAP Mərkəzi Aparatına başsağlığı məktubu ünvanlayıb

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala YAP Mərkəzi Aparatına başsağlığı məktubu ünvanlayıb

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqova Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: "Sentyabr 12-i gecə və sentyabrın 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilanla sərhəddə Ermənistan ordusunun genişmiqyaslı təxribat və hücumu nəticəsində Azərbaycan Ordusunun 50 hərbi qulluqçusunun şəhid olduğunu böyük kədərlə öyrəndim.

Sərhəd xəttindəki toqquşmalarda şəhid olan əsgərlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.

Türkiyə olaraq "bir millət, iki dövlət" düsturu ilə Ermənistanın təxribatlarına qarşı haqlı mübarizəsində qardaş Azərbaycanın yanında olduğumuzu bir daha ifadə etmək istəyirəm.

Sizə və Azərbaycan xalqına başsağlığı verir, kədərinizi ürəkdən bölüşürəm".