Suraxanı rayonunda Kamal Abdulla ilə görüş keçirilmişdir

24 aprel 2024-cü il tarixdə Suraxanı rayonu, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, alim, Xalq yazıçısı, ictimai xadimi, Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri Kamal Abdulla ilə görüş keçirilib.
Görüşdə YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Şəhid ailə üzvləri, mədəniyyət işçiləri, digər rəsmi qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aparıcı tədbiri açıq elan edərək Kamal Abdullanın elmi və bədii yaradıcılığına toxunmuş, onun müasir Azərbaycan elminin və ədəbiyyatının təməl daşlarıdan biri olduğunu vurğulamışdır.
Xalq yazıçısı, ictimai xadimi, Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri Kamal Abdulla görüş iştirakçılarını salamlayaraq Suraxanı rayonunda olmaqdan şad olduğunu xüsusi vurğulamışdır.
YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov Kamal Abdullanı Suraxanı rayonunda salamlayaraq onun əsəsrlərinin gənc nəsilin formalaşmasında müstəsna xidmətləri olduğunu qeyd etmişdir.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək öz tələbəlik illərin bəhs etmiş, Kamal Abdullanın bir alim kimi xidmətlərini vurğulamışdır.
Sonda görüş iştirakçılarını maraqlandıran suallara Kamal Abdulla cavab vermişdir.