8 NOYABR - TARİXİ QƏLƏBƏ, ZƏFƏR GÜNÜ
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 277 saylı uşaq bağçasının müdiri
30 ilin nisgilinə, acisina torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı ve Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-den çox yaşayış məntəqəsi o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdi. Azərbaycanın ilk dəfə suverenliyini, onun milli dəyərlərini qoruyan, Ümumilli liderimiz Heydər Əliyev siyasəti olmuşdur. Çünki xalq ona inanırdı. Torpaqlarımızın 20 faizdən çoxu, düşmən tapdağı altında idi. Yalnız xalqın Heydər Əliyevə inamı, onu yenidən siyasətə gətirdi.
Bir milyondan çox qaçqın öz dədə-baba yurdlarından didərgin düşmüşdü. Torpaqlar mənfur düşmənin əlində idi. Heydər Əliyev danışıqlar masasında sülh yolu ilə torpaqları əldə etməyin vacib olduğunu tez-tez vurğulayırdı. Amma düşmən buna məhəl qoymurdu. Çirkin niyyətindən el çəkmirdi. 30 il əsarət altında yaşayan yurd-yuvasından didərgin düşmüş xalqın səbri tükənmişdi. İlham Əliyev atasının vəsiyyətini tezliklə işğal altında olan rayon və şəhərlərin geri qaytaracağına söz vermişdi. Vaxt, zaman öz işini gördü. Xalqın birliyi nəticəsində səfərbərlik elan edildi. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kaputilyasyasina nail olduq.
Ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı bütün dünya azərbaycanlıları bütün Türkiyə bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda ədalətin ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün əhəmiyyət kəsb edən və böyük məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Prezident Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirildi ki, Şuşanın azad edilməsi bizim gücümüzü göstərdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamını alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandamız İlham Əliyev, həm də həyatını Azerbaycana həsr edən Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
8 Noyabr 2020-ci il tarixə qanla yazılan bir gün kimi yaddaşlara hopdu. İgid oğullarımızın qanı bahasına bütün işğal olunmuş torpaqlar geri qaytarıldı və beləliklə, Ali Baş Komandamız İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu qələbəni, Zəfəri bizlərə yaşadan ise Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz Ali Baş Komandamız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.
Bir sözlə Qarabağ Azərbaycandır nida işarəsi söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdiki ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.