Bəhlul Məmmədov
12 saylı BŞX-nin Baş həkimi
YAP Suraxanı rayon təşkilatını ƏPT-nin sədri
Bəli, Azərbaycanımızın üzərindən 200 ildən bəri davam edən bir ləkənin silinməsi, 30 illik Qarabağ həsrətinə son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsi xalqımıza əbədi başucalığı gətirən şanlı tariximizdir.
Bunu Ümummilli Liderimiz Heydər Əliyevin Ata vəsiyyətini ləyaqətlə yerinə yetirib, 44 günlük Vətən müharibəsində Tarixi Zəfərə imza atan möhtərəm Prezident İlham Əliyev 27 sentyabrda – müqəddəs şəhidlərimizin Anım günündə Fizuli rayonunda Tarixi çıxışı zamanı bir daha bütün dünyaya bəyan etmişdir. O, ilk qələbəsoraqlı Qaraxanbəyli kəndində çıxışı zamanı 44 günlük Vətən müharibəsinin şanlı tariximiz olduğunu bildirmişdir. Möhtərəm pezidentimiz Azərbaycan xalqının bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovduğunu, bütün Azərbaycan xalqının birlik, iradə, qətiyyət nümayiş etdirdiyini qeyd etmişdir.
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” adlandırılan İkinci Qarabağ müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhəri ata vəsiyyətini iəyaqətlə həyata keçırən Müzəffər Ali Baş komandanın hərbi-diplomatik rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 2020-ci il dekabr ayının 1-i tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Prezidentimizin vurğuladığı kimi, igid əsgər və zabitlərimizin fədakarlığı, rəşadəti sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şanlı Zəfərimizlə fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
Ölkə rəhbəri şanlı tariximiz olan 44 günlük Qarabağ Zəfəri nəticəsində işğaldan azad olunmuş ərazilərin inzibati xəritəsinə də ciddi dəyişikliklər edib. Dövlət başçısı 7 iyul 2021-ci ildə imzaladığı fərmanla həm Dağlıq Qarabağ iqtisadi rayonu, həm də "Dağlıq Qarabağ ifadəsini ləğv edərək, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasını yaradıb.
Vətən Müharibəsi zamanı ilk şəhidləri verdiyimiz yerdə Xatirə Abidəsinin ucaldılması xüsusilə təqdirəlayiqdir və Qarabağ uğrunda canını qurban verən Azərbaycan oğlullarına Prezident İlham Əliyevin və xalqımızın böyük ehtiramının göstəricisidir.
Möhtərəm Prezidentimiz Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş Xatirə lövhəsinin önündə çıxışı zamanı şəhidləri yad edib və bildirib ki, Qaraxanbəyli kəndi və digər beş kənd -Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı – Füzuli rayonundan və Cəbrayıl rayonunun iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilib.
Şanlı Tariximiz olan Vətən müharibəsinin ilk şəhidləri – qələbəmizin ilk qaranquşları sayılan Vətən oğulları başda olmaqla, bütün şəhidlərimizi böyük ehtiramla anırıq..