44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi

44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 79 nömrəli tam orta məktəbin direktoru
Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşüblər. Görüşdə əsas məqsəd regionda sülh və əmin – amanlığı təmin etmək və iqtisadi inkişafı artırmaqdır. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələrin qurulmasıdır.
Azərbaycan tolerant ölkə olaraq dünyada tanınmışdır və milliyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları Konstitusiya qanunlarına əsasən qorunur. 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu. Ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də 30 illik işğal ərazinin tamamilə xarabalıqlar içində olduğunu unudulmur. Qonşu Ermənistan bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-nin dağıtmışdır. Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi.
Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxarılmalı və sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunmalıdır. Bunun da tarixi məntiqi var. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir ki, regionda sülh bərpa olunsun və iqtisadi islahatlar həyata keçirilsin. Bu tək region üçün deyil eyni zamanda dünyanın bir çox ölkələrinin iqtisadi əməkdaşlığına imkan verərək iqtisadiyyatı daha da inkişaf etdirəcək.
Cənab İlham Əliyev qeyd etdi ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək. Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır.