3 Oktyabr 1993- cü il Tarixi Dönəm: Heydər Əliyevin Azərbaycan Prezidenti Seçilməsi

3 Oktyabr 1993- cü il Tarixi Dönəm: Heydər Əliyevin Azərbaycan Prezidenti Seçilməsi

Aygun Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri

1993 – cü ilin Oktyabrın 3 - də Ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçilməsindən 32-il ötür. Xalq 32-il qurtuluş yolunu gözləyərək Ulu Öndəri bu yolda özlərinə arxa-dayaq ölkənin xilaskarı seçdilər. Ulu Öndərimizin en böyük arzusu torpaqlarımızın bütövlüyü və bərpası idi.

Regionda sülh, tərəqqi Heydər Əliyevin başlıca prinsip ideyalarından biri idi. Azərbaycanda milli həmrəyliyin təmin olmasına, gücləndirilməsinə dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən, misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atan Ulu Öndər Heydər Əliyev oldu. 1993- cü il dönəmində xalq və ordu xaus içində idi. Mürəkkəb durumda yaşayan xalqımız çox müdrik və tarixi seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir.

Ordu quruculuğumuz təkmilləşmiş və ən qısa müddətdə uğur əldə etmişdir. Azərbaycan dünya ölkələri arasında öz nüfuzunu qoruyub saxlamışdır.

“Sülh- tərəqqi “Heydər Əliyevin dünyada ilk mesajı oldu. Ermənistan 20 faizdən çox ərazilərimizi zəbt etmiş insanları torpaqlarından didərgin salmışdır. Bunun nəticəsində də milyonlarca insan öz yurdlarından qaçqın və köçkün düşmüşdür. Heydər Əliyevin müdrik siyasəti nəticəsində dünya ölkələri sülh danışıqlarına çağrıldı. Lakin Ermənistan buna məhəl qoymamışdır. Şəhərləri, qəsəbələri, kəndləri viran qoymuş, insanlara divan tutmuşlar. Sovetlər birliyi zamanında Heydər Əliyev güclü siyasəti nəticəsində, bu proseslərə vaxtında müdaxilə etməklə, Azərbaycana öz töfhəsini vermişdir.

Hər zaman güclü dövlət öz birliyi və iqtisadi səyi nəticəsində hər yerdə tanınır. Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev bu yolda uğur qazandı. Torpaqlarımız tez bir zamanda milli ordumuzun gücü nəticəsində azad olundu. Qaçqın və köçkünlər öz torpaqlarına geri döndülər.

İlham Əliyevin xalqa, orduya göstərdiyi qayğı özünü “44” günlük müharibənin sülh ilə nəticələnməsinə səbəb oldu.

Yaşasın Heydər Əliyev siyasəti!

Var olsun cənab İlham Əliyev!