27 sentyabr-Qələbəyə gedən yol

27 sentyabr-Qələbəyə gedən yol

Məlahət Abdullayeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 265 saylı uşaq baxçası və körpələr evinin müdir əvəzi

08.11.2020-ci il tarixində səhər saatlarında xalqımın sevinc nıdalarında oyandım. Azərbaycan kanallarında bir nəfər danışır “Xalqımızın, dövlətimizin prezidenti və Ali Baş Komandanımız cənab Preziden İlham Əliyev”. “Qürürla, göz yaşları ilə amma sevinc nıdaları ilə “Dəmir yumruq qazandı”. 44 günlük qanlı müharibə sona çatmışdı. Haqqımız olanı Qarabağı almışdıq. Amma burda insanın içinə bir hüzün çökür. Şəhidlərimiz qazilərimiz. Bunu unutmaq olmaz ki, biz onların canı və qanı qarşılığında qazanmışdıq.

Bu gün belə şəhid ailələri və qazilərimiz qürurla birdə müharibə olsa bu millət üçün ön cəbhədə vuruşmaqdan qaçmayacaqlarını bildirirlər. Hər zaman hazır olduqlarını vurğulayırlar. Prezident cənab  İlham Əliev heç bir zaman onları və ailələrini yaddan çıxartmır, çox diqqətlə yanaşır. Hətta xalqımız şəhid  və qazi ailələrinə hər zaman öncəlik verib rəğbətlə qarşılayırlar. Bu gün şükürlər olsun Qarabağ bizimdir. Qaçqın və məcburi köçkünkərimiz öz yuvalarına geri qayıdırlar, sevinc və buraxdığı xatirələrlə.

Artıq Vətən müharibəsinin başlanmasından 3 il keçir. Bu zamanda xalqımla, millətimlə, şəhidlərimizlə, qazilərimizlə fəxr edirəm və qürur duyuram. Prezident cənab  İlham Əliyevlə biz hələ çox qələbə səlnaməsi yazacağıq!

Şəhidlərimizi ehtiramla yad edirik!