18 ildə bir əsrlik inkişafın memarı: Müzəffər Ali Baş Komandan İlham Əliyev
18 il əvvəl möhtərəm İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilir və Azərbaycanın böyük zəfər, inkişaf yolunda başlayan böyük marafonu yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına daxil etməklə yanaşı, Qafqazda ən güclü güclü ordu yarada bilir. Hərbiçilərin təminatı gücləndirilir, ordunun silah təminatına ən müasir silahlarlar, artireliya qurğuları əlavə edilir, əsgər və zabitlərin sosial təminatı yaxşılaşdırılır.
Vətəndaş mərkəzli sosial siyasət hər il daha da dinamik xarakter almaqdadır. Belə ki, Prezident İlham Əliyevin ən ümdə məqsədi və bütün fəaliyyətindəki əsas məqam Azərbaycan xalqının rifahı olmuşdur. Hər il əhalinin sosial təminatının gücləndirilməsi məqsədi ilə fərman və sərəncam imzalanır, yeni iş yerləri yaradılır, 18 ildə işsizlik minimuma endirilir, təqaüd və pensiyalar artırılır, dövlət hesabına yardım alan insanların təminatı gücləndirilir.
Azərbaycan əhalisinin sağlamlığının qorunması İlham Əliyevin ən prioritet siyasi xətti olmuşdur. Pandemiyanın ilk yarandığı zamanlarda Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı deyir ki, “Biz ya iqtisadiyyatı yada insanların sağlamlığını seçməli idik. Biz xalqın sağlamlığını seçdik, iqtisadiyyat bərpa oluna bilər”. Bu sözlər belə xalqın sağlamlığının İlham Əliyevin siyasətinin bir amalı olduğunu sübut edir. 18 ildə ölkənin bütün regionlarında yeni xəstəxanaların açıldı və ən müasir tibbi avadanlıqları təmin olundu. Əhaliyə pulsuz tibbi xidmət göstərilməsi məqsədi ilə sığorta sistemi yaradıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yol infrasturukduranda dünyanın ən lider ölkələrini belə keçərək ilk yerlərindən birinə sahibi olmuşdur. Yol quruculuğu, insanların rahat səyahəti, eyni zamanda ipək yolu daşınmaları yeni yollar vasitəsilə həm zamandan qənaət edilmiş oldu, həm də yollarda təhlükəsiz təmin olundu. Eyni zamanda da Azərbaycanın bütün şəhər və rayonları, mərkəzi küçə və prospektləri tarixi, milli-mənəvi dəyərlərin qorunması yenidən inşa edilib, yeni müasir üslubda binalar tikilib, ölkənin hər yerində insanların istirahəti üçün geniş bağlar, park yerləri salınmışdır. Bunun məntiqi nəticəsidir ki, Bakı şəhəri UNESCO-nun yaradıcı şəhərləri siyahısına daxil edilib.
Ölkəmizin müstəqilliyi bütövlüyü uğrunda gedən döyüşlərdə canından və sağlamlığından keçən hər bir Azərbaycan Vətəndaşı Müzəffər Ali Baş Komandanın onlara diqqət və qayğısını hər an hiss etməkdədir. Şəhid ailələri və qazilərimizin sosial təminatını hər il daha da gücləndirilir, məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən evlər tikilir, qazilərimizin sağlamlıqların bərpası üçün dövlət hesabına dünyanın ən müasir xəstəxanalarında müalicəyə göndərilir. Prezidentin sərəncamı ilə yaradılan “YAŞAT“ Fondu şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının bariz təzahürüdür.
Prezident İlham Əliyev Azərbaycanın 200 ildən sonra itirilmiş torpaqları geriyə qaytaran tək lideri olaraq adını Azərbaycanın şanlı tarixinə yazdırdı. Rəşadətli ordumuzun gücü ilə qazanılan şanlı Zəfər İlham Əliyev diplomatiyası ilə daha da, gücləndirildi. Bu, o diplomatiyadır ki, dünyanın ən güclü lobbiçilik fəaliyyətinə olan erməni lobbiçiliyinə qalib gəldi. Erməni faşizmini dünyaya tanıdaraq xalqın birliyi sayəsində böyük zəfər qazandı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qaydış üçün Qarabağımızda yenidən inkişafı üçün böyük addımlar atır. Aparılan sürətli işlərin nəticəsidir ki, 30 ildə ayrı qaldığımız vətən torpağında dövlət hesabına yeni həyat qurulur, vətəndaşların qayışı yenidən Qarabağa həyatın qayıdışı üçün böyük işlər görülür. 18 ildə Azərbaycanı bir əsrə bərabər inkişaf etdirən, Zəfər qazanmış Azərbaycanın memarı, 60 illik yubliyenizi təbrik edirik edirik! Xalq Sizə minnətdardır cənab İlham Əliyev!
Dünyada çox liderlər olmuşdur. Xalqı ilə bir bütövləşmiş, xalqının hər bir fərdinin sevgisini qazanmış, siyasəti xalqın rifahını gücləndirmək bütün vətəndaşlara hiss etdirən, xalqın sevgisindən güc alan bir lider var ki, o da İlham Əliyevdir!
Taleh Mansurov
Gənclərin Töhfəsi İctimai Birliyinin baş katibi