“15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

11 iyun 2025-ci il tarixində 316 nömrəli tam orta məktəbdə  “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş  tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının əməkdaşı  Fərəh Məcidzadə, 316 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının sədri Yasin Quliyev, məktəbin tarix müəllimləri və şagirdləri iştirak etmişlər. 

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aşağı sinif şagirdələrinin hazırladığı bir-birindən rəngarəng kompazisiyalar təqdim edilmişdir.

Tədbiri giriş sözü ilə açan  316 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon ƏPT-nin sədri Yasin Quliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevlə qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yoluna inanan geniş xalq kütlələri öz hədəfinə tam çatmışdır.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək, qeyd etmişdir ki, biz artıq müstəqilliyimizi qoruyan yox, onu zəfərlə taclandıran dövlətik. Qarabağ artıq azaddır! Şuşa artıq bizimdir! Xankəndidə artıq Azərbaycan bayrağı dalğalanır! Bu yol qurtuluşun davamı, zəfərin başlanğıcıdır! Bu gün Azarbaycan müstaqil, qüdrətli və qalib dövlətdirsə, bu yolda Heydar Əliyevin iradəsi, İlham Əliyevin qətiyyəti, va Azərbaycan xalqının birliyi dayanır!

Daha sonra çıxış edən digər natiqlər - məktəbin tarix müəllimləri Vüsal Babayev, Aysel Kələşova, İlhamə Şirinova  qeyd etmişlər ki, əgər bu gün biz məktəblərdə azad Azərbaycanın bayrağı altında təhsil alırıqsa, bu sabitlik, bu qürur, bu azadlıq – 15 İyunun bəhrəsidir! Qurtuluşdan zəfərə gedən bu yolda, hər birimizin üzərinə məsuliyyət düşür. Bu vətəni qorumaq, bu bayrağı ucalarda saxlamaq bizim borcumuzdur!

Sonda xatirə şəkli çəkildi.