Şəhid Elnur Şahbazov doğum günündə ehtiramla yad edilib

Şəhid Elnur Şahbazov doğum günündə ehtiramla yad edilib

20 avqust 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi Şahbazov Elnur Qədir oğlunun mövlud günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət etmiş, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Elnur Şahbazovun da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Paylaş