ZƏNGİLAN HAVA LİMANININ AÇILIŞI ÖLKƏMİZİN HƏYATINDA ÇOX ƏLAMƏTDAR HADİSƏDİR

ZƏNGİLAN HAVA LİMANININ AÇILIŞI ÖLKƏMİZİN HƏYATINDA ÇOX ƏLAMƏTDAR HADİSƏDİR

Bəhlul Məmmədov

12 saylı BŞX-nin Baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Ulu öndər Heydər Əliyevin bir millət iki dövlət ideyası 44 günlük Vətən müharibəsində  özünün ən yüksək mərhələsinə çatdı. Məhz hər iki ölkənin prezidentləri arasında olan şəxsi dostluğun, səmimiyyətin bariz nümunəsi olaraq, müharibədən yenicə çıxmış, hələ mənfur düşmənə qarşı anti-terror əməliyyatları aparan Azərbaycan dövləti işğaldan azad olunmuş müqəddəs yurd yerlərində bir-birindən önəmli sosial-iqtisadi layihələr həyata keçirir.  Bu Baxımdan, Füzuli Beynəlxalq Hava limanının ardınca, bu il Zəngilan Beynəlxalq Hava limanının yüksək Avropa satandartarına uyğun tikilib istifadəyə verilməsi tariixi əhəmiyyət kəsb edir.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti cənab  Ilham Əliyev 20 oktyabr 2022-ci il tarixində qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Cəbrayıl rayonuna rəsmi səfər etdi. Səfər zamanı Zəngilan Beynəlxalq Hava Lİmanının açılması Zəngəzurdan keçən nəqliyyat dəhlizinin imkanını daha da artırdı və iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-Türkiyə birgə layihələrinə yeni imkanlar açmış oldu. Hava limanının açılışı mərasimində, Prezidentimizin  vurğuladığı kimi, Türkiyə şirkətlərinin Qarabağda geniş fəaliyyəti sosial-iqtisadi layihələri daha da sürətləndirir.  Bu da öz növbəsində, ağıllı kənd layihəsi əsasında, yüksək standartara uyğun tikilmiş Ağalı kəndinin sakinlərinin ardınca, gələcəkdə öz yurd-yuvalarına dönən məcburi köçkünlərimiz üçün məşğulluq imkanlarını daha da artıracaq. Bağlanmış yeni müqavilələrin tarixi əhəmiyyəti regiona xarici şirkətlərin sərmayə yatırmalarının sayını artıracaq. 

Açılış zamanı möhtərəm Prezidentimiz İlham Əliyev çıxışında bu səfərin önəmini belə ifadə etdi: "Şərqi Zəngəzurda bərpa işlərinin sürətlənməsi regiona həyatın sürətlə qayıtması deməkdir. Bu, öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyən insanlara böyük bir dəstəkdir. Bizim haqq savaşımızda bizə daim dəstək olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfərdə iştirakı regionda sülhü pozmaq istəyənlərə verilən ən tutarlı cavabdır."

Dini dinimizdən olan İran İslam dövlətinin 30 illik işğal dövründə məscidlərimizə donuz bağlayan murdar ermənilərə dəstək məqsədilə Qərbi Zəngəzurda – Qafanda öz konsulluğunu açması və burada tələsik bizim Füzuli və Zəngilan Hava Limanlarının yanında çox miskin görünən, çox aşağı standartlara malik aeroport tikməsi xain İran hökumətinin Türkiyə-Azərbaycan dostluğundan, hərtərəfli geniş əlaqələrindən təşvişə düşməsinə əyani sübutdur. Səfər zamanı Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq meşəsi kompleksinin təməli qoyuldu. Bu komplekslərdə yerli və qardaş Tirkiyədən olan mütəxəssislərin birgə fəaliyyəti nəzərdə tutulub. Bu məqsədlə Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilmişdir. Mərkəzin elektrik təchizatını yaxşılaşdırmaq üçün 180 kilovat gücündə Günəş Elektrik stansiyasının quraşdırılması planlaşdırılır.

Tədbirlər çərçivəsində əraziyə 18 baş ceyran buraxıldı, yeni ağaclar əkildi və həssas ekosistemin bərpası üçün tədbirlər planı hazırlandı. Hava limanında saatda 200 sərnişinə xidmət göstərilməsi nəzərdə tutulur. Füzuli Beynəlxalq Hava limanının açılışından cəmi bir il sonra  qardaş Türkiyə Respublikasının Prezidentinin Zəngilan Hava Limanının açılışında böyük bir heyətlə iştirak etməsi, müştərək iş birliyimizin sürətlə inkişaf etdirilməsi iki dövlət tək millət ifadəsinin bariz nümunəsidir. Prezident Ilham Əliyevin dediyi kimi, Azərbaycan Türkiyə dostluğu, birliktəliyi daimidir əbədidir. Təbii ki,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişafında mühüm əhəmiyyət kəsb edən Zəngilan Beynəlxalq Hava limanının ardınca iki qardaş dövlət daha mühüm layihələrə imza ataraq, Azərbaycanın dilbər guşəsi olan doğma Qarabağımıza yeni nəfəs gətirəcək.