Zəngilanın ağıllı Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir
XIX əsrin əvəllərində zəngin sərvətlərə malik Azərbaycan torpaqları çar Rusiyası tərəfindən işğal olundu. Artan xammal ehtiyaclarını Şimali Azərbaycan hesabına ödəyən imperialist Rusiya hökuməti Zəngəzur mahalını da ələ keçirdikdən sonra yeni inzibati dəyişikliklərlə özündən tam asılı vəziyyətə saldı. Zəngin yeraltı və yerüstü sərvətlərə malik ərazilərdə möhkəmlənməyin bir yolu da sosial dayaq yaratmaq məqsədi ilə xristian əhalinin köçürülməsi olmuşdu.”Özümə yer eləyim, gör sənə neyləyim” məsələmizə uyğun olaraq köçürülmüş ermənilər sonrakı dövrlərdə Zəngəzur bölgəsində bizə məxsus abidələrin dağıdılıb məhv edilməsində, yerli əhaliyə qarşı qırğınlar törətməkdə əllərindən gələni etdilər.
Sovet işğalı dövründə daha da fəallaşmış ermənilər Qərbi Zəngəzuru hədiyyə kimi ələ keçirdilər. Şərqi Zəngəzur Birinci Qarabağ müharibəsi dövründən düşmən tapdağında idi.30 ilə yaxın dövrdə çinarlı yurdumuz Zəngilan da mənfur erməni vandallarının qanlı pəncələrində inləyirdi.
Ədalətin ayağı topaldı deyirlər,gec olsa da gəlir.Müzəffər Ali Baş komandan İlham Əliyev və əfsanəvi ordumuz əzəli və əbədi topraqlarımızı geri qaytardı.2020-ci il 20 oktyabrda zəfər bayrağı Zəngilana sancıldı. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir.İllərdi qəmli nəğmələr oxuyan Baharlı çayı coşdu, daşdı.
Doğma sakinlərin ilk məskunlaşdığı ərazi də Zəngilanın Ağalı-ağıllı kəndidir ki, dünyanın ən müasir kəndlərindən biridir. Prezident işğaldan azad olunmuş Zəngilana dəfələrə səfərlər etmiş, logistik layihələrdə əsas yer tutan, mühüm nəqliyyat qovşağı və tranzit ticarətdə mühüm dəhliz rolu oyanayacaq bu zəngin torpaqda hər gediş əhəmiyyətli infrastruktur obyektlərin açılışı ilə yadda qalmışdır.
Zəngilanlı soydaşlarımızın mənəvi dünyasının irsi sayılan onlarla məscid, türbə və pirlərin məhvindən dünyaya söz açmışdır.
Artıq cənnət diyarımız öz əllərimizdə günü-gündən çiçəklənir və öz həqiqi sakinlərinə qucaq açır. Xan çinarın həsrəti sona çatmış,qara buludlar səmalarımızdan çəkilmişdir. Bu xoşbəxt günləri yaşadan İlham Əliyevə və igid-igid Azərbaycan oğluna eşq olsun!
Yaşasın qalib Azərbaycan!