“Zəfərdən Yüksələn Üçrəngli Bayraq” adlı tədbir keçirilmişdi

“Zəfərdən Yüksələn Üçrəngli Bayraq” adlı tədbir keçirilmişdi

6 noyabr tarixində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli “AB” yaşayış sahəsi Abbas Fətullayev küçəsi 123 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (279 saylı məktəb) “Zəfərdən Yüksələn Üçrəngli Bayraq” adlı tədbir keçirilmişdi.

Tədbir Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 
Daha sonra Dövlət Himni səsləndirildi. Tədbir məktəblilərin hazırladığı kompazisiyalar ilə davam etdirildi. 

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova bildirdi ki, Zəfər Günü bizə onu öyrətdi ki, bir millət bir olanda, bir Bayraq altında birləşəndə onun qarşısında heç bir güc dayana bilməz.Bu günkü vəzifəmiz bu Zəfəri qorumaq, Bayrağı uca tutmaq, Qarabağımızı yenidən qurmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdır.

Hər bir millətin taleyində onun qürur mənbəyi olan simvollar vardır. Azərbaycan xalqı üçün belə müqəddəs simvollardan biri də üçrəngli Dövlət Bayrağımızdır. Bu gün üçrəngli Bayrağımız altında birləşən Azərbaycan xalqı daha güclü, daha bütöv, daha qürurludur. Bayrağımız təkcə bir parça deyil, bu, şəhidlərimizin qanı, qazilərimizin canı, babalarımızın vəsiyyəti, gələcək nəsillərə əmanətidir.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq. Qoy Azərbaycan Bayrağı əbədi olaraq zirvələrdə dalğalansın! Qoy Zəfərimiz əbədi olsun!

Paylaş