Yeniləşən Azərbaycanda bələdiyyələrin rolu və əhəmiyyəti artmaqdadır
14.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Zığ bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov yeniləşən Azərbaycanda bələdiyyələrin roluna toxunaraq demişdir ki, yerli idarəetmə strukturunda bələdiyyələrin əhəmiyyəti artmaqdadır. Yerli təşkilatın sədr müavini onu da vurğulamışdır ki, yeni fəaliyyətə başlayacaq bələdiyyələr dövlətin əsas inkişaf xəttinə sadiq qalaraq vətəndaşmərkəzli sosial siyasətin həyata keçirilməsinə öz işləri ilə əməli dəstək verməlidirlər.
Daha sonra çıxış edən Suraxanı rayonu Zığ bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Abdullah Məmmədov, Mehrab Hüseynov, Cəlaləddin Əhmədov, Turan Əliyev, Arzu Aslanova, Təranə Səfərova və Zeybə Zahidova çıxış edərək dedilər ki, bələdiyyə seçikilərində qələbəyə hakim partiyanın namizədləri olaraq böyük ümid bəsləyirlər.
14.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Hövsan, Qaraçuxur, Əmircan, Yeni Suraxanı, Bülbülə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Hövsan qəsəbəsi, Zeytun sovxozu N-1, İbiş Məmmədov küçəsində namizəd Seymur Rəsulovun, Hövsan qəsəbəsi, Mirzağa Əliyev küçəsində namizəd Nəzrin Mirzəlinin, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 5, Şərq yaşayış sahəsi, şəhid Məleykə Əhmədova küçəsində, Qaraçuxur qəsəbəsi, 4048 məhələ, 10-cu binanın qarşısında, Qaraçuxur qəsəbəsi, Şəhid Elxan Məmmədli küçəsində namizədlər İxdiyar Nəcəfovun, Arif Şahmuradovun, Rəşad Rzayevin, Eldar Mirzəliyevin, Vurğun Əliyevin, Jalə Qibləliyevanın, İlham Mirzəyevin, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində namizəd Aysel Şərifovanın, Bülbülə qəsəbəsi, Aqil Qasımov küçəsində namizəd Nəsib İsmayılovun, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində, B. Məmmədkərim küçəsində namizəd Mürsəl Kazımovun iştirakı ilə keçirilmişdir.
YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.