Yeni Azərbaycan Partiyası yalnız bugünün deyil, gələcəyin də partiyasıdır

Yeni Azərbaycan Partiyası yalnız bugünün deyil, gələcəyin də partiyasıdır

Gülşən Yusubova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi

 Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın ən güclü siyasi partiyasıdır. Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi miras partiyanın bugünkü fəaliyyətində cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP Azərbaycan xalqının hər bir fərdinə xitab etməklə cəmiyyətin problemlərinin həllində misilsiz rol oynayır. Azərbaycan respublikası yarandığı gündən etibarən torpaqlarının işğalına, məruz qaldığı üçün iqtisadi, siyasi, sosial cəhətdən inkişafı sual altına düşsə də, Yeni Azərbaycan Partiyası və Ulu Öndərin, davamında isə Prezident İlham Əliyevin aparıcı siyasəti nəticəsində Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi.

Bu güc özünü həm hərbi, həm də siyasi-iqtisadi sahədə göstərir. Otuz illik işğaldan sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin də məhz İlham Əliyevin başçılığı ilə həyata keçirilməsi bunun bariz nümunəsidir. Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan torpaqları bu illər ərzində ordu quruculuğunda həyata keçirilən islahatlar və ölkə iqtisadiyyatının inkişafı nəticəsində cəmi 44 gün ərzində işğaldan azad edildi. Bu gün Azərbaycan dünya dövlətlərinin hesablaşdığı bir ölkədir.

Ölkəmizdə həyata keçirilən layihələr, xüsusilə enerji təhlükəsizliyi baxımından Azərbaycana duyulan ehtiyac məhz Ulu Öndər Heydər Əliyev və cənab Prezident sayəsindədir. Bu gün Azərbaycanın yaşıl enerji sahəsində əldə etdiyi və irəliləyən zamanlarda əldə edəcəyi uğurlar dövlətimizin dünya ölkələri arasında nüfuzunun artırılmasına xidmət etməkdədir. Dünyanın hegemon dövlətlərinin dünya ekologiyasına zərbə endirdiyi zaman Azərbaycanda COP-29 kimi ekoloji tədbirin keçiriləcək olması, hətta dünya ölkələrinin həyata keçirə bilmədiyi işləri məhz cənab Prezidentin başçılığı ilə ölkəmizin həyata keçirdiyini sübut edir.

Yeni Azərbaycan Partiyası yalnız bugünün deyil, gələcəyin də partiyası olduğunu gənclərə göstərdiyi diqqət və qayğı ilə sübut edir. Dövlətimizdə həyata keçirilən gənclər siyasəti hər bir Azərbaycan gəncinin inkişafına, ölkəsinə daha səmərəli fərdlər olaraq yetişdirilməsinə töhfə verir. YAP Gənclər Təşkilatı gənc nəslin problemləri, qayğıları istiqamətində misilsiz addımlar atır. Həyata keçirilən layihələr Azərbaycan gəncinin vətənpərvər ruhda yetişməsinə xidmət edir. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi gənclərimiz də cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək vətənə istənilən şəkildə xidmət etmək üçün can atırlar.