Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Qurban bayramında aztəminatlı ailələrə qurban payı təqdim etmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Qurban bayramında aztəminatlı ailələrə qurban payı təqdim etmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı bu il Müqəddəs Qurban bayramında Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə qurban payı təqdim etmişdir. Qurban payları YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvləri vasitəsi ilə öncədən vətəndaşlar tərəfindən edilmiş müraciətlər əsasında müəyyən olunmuş ailələrə çatdırılmışdır.

Milli-mənəvi dəyərlərin ən gözəl nümunəsinin yaşandığı və xalqımızın ülvi amallar uğrunda öz rəhbəri ətrafında birləşdiyi bu müqəddəs günlərdə dini, milli bayramlarımız vahidliyimizi qorumaq üçün fürsətdir. Məhz bu səbəbdən şəhid ailələri, qazilər, keçmiş məcburi köçkün ailələri və maddi yardıma ehtiyacı olan rayon sakinləri YAP Suraxanı rayon təşkilatına dəvət olunmuş, onların cari problemləri ilə maraqlanılmış və bəzi məsələlər rayon təşkilatı tərəfindən nəzarətə götürülmüşdür. Söhbət əsnasında qeyd olunmuşdur ki, YAP Suraxanı rayon təşkilatı bundan sonra da hər zaman yardıma ehtiyacı olan vətəndaşların yanında olacaqdır.

Sonda aztəminatlı ailələr diqqət və qayğı üçün YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildirmişlər.