Suraxanı rayon İcra Hakimiyyətinin, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, Suraxanı Gənclər evinin və 226 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Əmircan qəsəbəsi Heydər Əliyev parkında ağacəkmə aksiyası və konsert proqramı təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və dövlət himni səsləndirildikdən sonra G.Әliyeva adına 3 nömrәli Uşaq İncәsәnәt mәktәbinin şagirdlərinin və Suraxanı Gənclər evinin fəal gənclərinin təqdimatında konsert proqramı, həmçinin, təbiətimizi əks etdirən rəsm masterklası nümayiş olunub.
Konsert proqramından sonra ağacəkmə aksiyası keçirilib.