YAP vətəndaşları öz ətrafında birləşdirən mərkəzyönümlü siyasi partiyadır

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi
Mən çox xoşbəxtəm çünki, Azərbaycanlıyam. Düşünürəm ki, azərbaycanlı olmaq çox şərəflidir. Azərbaycanın nüfuzu, qüdrəti günü-gündən artır. Həm siyasi, həm beynəlxalq, həm iqtisadi arenada, həm də millətimizin yaşayış şəraitinin günü gündən yaxşılaşması buna sübutdur. Biz hamımız buna şahidik. Azərbaycan dövləti dünyanın hər yerində tanınır və sayılır. Onunla hesablaşırlar. Buna sübut isə Azərbaycanın bütün siyasi və içtimai qurumlarda çıxışları, fəaliyyətləri, hər bir sahədə göstərdiyi nailiyyətləri və uğurlarıdır.
Formula 1 yarışları, İslam oyunları, bir sıra konfransların keçirilməsi, COP29 – un ölkəmizdə təşkil olunması və digər bunun kimi nailiyyətləri bizim uğurumuzdur. Azərbaycanımızın yenilənməsində Yeni Azərbaycan Partiyasının da rolu böyükdür.
Bildiyimiz kimi Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərin iştirakı ilə keçirilən konfransda yaradılmışdır. Yeni Azərbaycan Partiyası (YAP) artıq 32 ildir ki fəaliyyət göstərir. YAP yarandığı gündən bugünədək 550 nəfərdən 730 min nəfərədək tərkibini artıraraq günü-gündən inkişaf etməkdədir.
Bugün Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün şəhər və rayonlarında yerli təşkilatları mövcuddur. Bu da partiyanın cəmiyyətdə nüfuzunun göstəricisidir. Partiyanın nüfuzunun artması və inkişafı demokratik prinsiplərədə əsaslanır.
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində özünün Nizamnamə və proqramı əsasında fəaliyyət göstərən, Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, eyni zamanda vətəndaş cəmiyyəti idealarını qəbul edən vətəndaşları öz ətrafında birləşdirən sağlam mərkəzyönümlü siyasi partiyadır.