YAP təməli möhkəm, gələcəyi parlaq bir məktəb oldu
Gülnarə Vəliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
3 sayli gənclər yaradıcılıq mərkəzinin əməkdaşı
Tarixə nəzər salsaq 1990-cı illərdən başlayaraq ölkəmizdə hərcmərclik dörü idi. Ölkəmiz çox ağır günlər yaşayırdı. 20 Yanvarda həlak olan günahsız insanlar və Birinci Qarabağ müharibəsi o dövrün qanayan yaraları idi.
Ölkənin gələcək rifahını düşünməkdən çox vəzifə uğrunda soyuq müharibə gedirdi. Ölkəmizdə baş verən hadisələrə Heydər Əliyev biganə qala bilmirdi. O, Moskvada çıxış edərək, 20 Yanvar hadisəsinə öz etirazını bildirmişdi.
Artıq xalq hiss edirdi ki, ölkəni yalnız onun gələcəyini düşünən bir lider xilas edə bilər. Elə buna əsaslanaraq, xalq özünün xilası üçün Heydər Əliyevə müraciət etdi.
1992-ci il noyabrın 21- də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı yaradıldı və 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya təsdiq edildi. Yeni Azərbaycan Partiyası təməli möhkəm, gələcəyi parlaq, xalq üçün, vətəndaş üçün və ən əsası cəmiyyətin aparıcı qüvvəsi olan gənclər üçün bir məktəb oldu.
İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də İlham Əliyevin sədrliyi altında, gənclərə daha çox diqqət ayrıldı. Bu il Yeni Azərbaycan Partiyası 30 - illik fəaliyyətini qeyd edir. 30 ildə sayını günü - gündən artıran partiyamız böyük Qələbəyə imza atdı. 30 ildir ki, düşmən tapdağı altında olan Qarağına qovuşdu. Oğul ata nəsihətinə əməl edib, xalqı dəmir yumruq kimi ətrafında birəşdirib böyük Qələbə çaldı.
Mən özümü çox şanslı hesab edirəm ki, xalqın rəğbətini qazanan Yeni Azərbaycan Partiyası ailəsinin bir üzvüyəm. Daim Şəhid ailələrini və Qaziləri diqqətində saxlayan Yeni Azərbaycan Partiyası onları da partiyaya üzv olmağa həvəsləndirdi.
Yaşasın Azərbaycan!
Yaşasın İlham Əliyev!
Daim var olsun Yeni Azərbaycan Partiyası !