YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının yaradılmasının 25 illik yubileyi qeyd olunmuşdur

YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının yaradılmasının 25 illik yubileyi qeyd olunmuşdur
17 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində fəaliyyət göstərən Ərazi PartiyaTəşkilatının (ƏPT) yaradılmasının 25 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə Suraxanı RİH başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər və partiya fəallarının iştirak etmişlər. Tədbirdə ƏPT-nin 25 il ərzindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində fəaliyyət göstərən Ərazi PartiyaTəşkilatının (ƏPT) sədri  Cəmilə Ağayeva tədbiri açıq elan edərək qonaqları salamlayıb, görülən işlər barədə ətraflı məlumat verib, xatirələrini bölüşdü.
RİH başçısı Əziz Əzizov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlərə imza atır.
Yerli Təşkilatın sədri Vüqar Seyidov çıxış edərək Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində fəaliyyət göstərən Ərazi PartiyaTəşkilatının (ƏPT)  fəaliyyətini yüksək qiymətləndirib və ictimai-siyasi proseslərdə fəallıqları ilə təşkilat üzvlərinin Heydər Əliyev ideyalarına sədaqətini, dövlətə və dövlətçiliyə bağlılıqlarını, Prezident cənab İlham Əliyevin siyasətinin birmənalı şəkildə dəstəklədiklərini vurğulayıb.
Tədbir daha sonra bədii hissə ilə davam etmişdir.