YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

13 mart 2026-cı il tarixdə YAP Suraxanı rayon təşkilatının Zığ qəsəbəsi İdris Süleymanov küçəsi 238 (317 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir. İclası ƏPT-nin sədri Leyla Əliyeva açıq elan edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında geniş məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra Leyla Əliyeva bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. ƏPT-nin sədri onu da vurğulamışdır ki, ƏPT-nin sədr müavini iş yerini dəyişdiyini əsas gətirərək öz xahişi ilə tutduğu vəzifəsindən istefa vermişdir.

Leyla Əliyeva ƏPT-nin sədr müavini vəzifəsinə Cavad Nigar Mehman qızının namizədliyini irəli sürmüşdür. ƏPT-nin üzvləri arasında sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Nigar Cavad yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.

Yeni seçilmiş ƏPT-nin sədr müavini Nigar Cavad çıxış edərək ona etimad göstərib seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, ümumillikdə Zığ qəsəbəsi İdris Süleymanov küçəsi 238 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Eyni zamanda da yerli təşkilatın nümayəndəsi tərəfindən yeni seçilmiş sədr müavininə gələcək fəaliyyətində uğurlar arzu edilərək, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, üzvlərin uçotunun operativliyi və dəqiqliyinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti vurğulanmışdır. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.\