YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında üzvlük vəsiqələri təqdim edilib

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında üzvlük vəsiqələri təqdim edilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.
ƏPT-nin sədri Kəmalə Feyziyeva YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-də uçot işinin daha da təkmilləşdirilməsi və yeni partiya üzvlərinə vəsiqələrin təqdim edilməsi nəzərdə tutulmuşdur.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında uçot işinin təkmilləşdirilməsi məqsədilə hər rüb ərzində 1 dəfədən az olmamaq şərtilə bütün üzvlərin uçot qeydiyyatı bir daha dəqiqləşdirilməli, yeni üzvlərin, işdən azad olunanların, iş yerini dəyişənlərin, təqaüdə çıxanların, vəfat edənlərin, xaricə köçənlərin, partiyalılığını dəyişənlərin və partiya üzvlüyündən azad olunanların uçot qeydiyyatları operativ şəkildə aparılmalı və yerli təşkilata məlumatlar ötürülməlidir.
Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırıldıqdan sonra YAP-a daxil olan bir qrup partiya üzvünə vəsiqələr təqdim olunmuşdur.