YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 24 ünvanında  yerləşən ərazi  partiya  təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, məsləhətçiləri Ənvər Haqverdiyev və Fərəh Məcidzadə iştirak etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.  Salman Əbdülov bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.

ƏPT-nin sədr müavini Mehdi Təhməzov tərəfindən ƏPT-nin sədri vəzifəsinə Həqiqət Məmmədovanın namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Həqiqət Məmmədova sədr seçilmişdir. 

Yeni seçilmiş ƏPT-nin sədri Həqiqət Məmmədova göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlıqlarını bildirərək, demişr ki, ƏPT-də bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi yüksək səviyyədə aparılacaqdır.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, ən çətin vaxtlarda bu ülvi amalın taşıyıcıları öz əqidələrinə sahib çıxaraq, dövlət və dövlətçiliyi müdafiə edərək, Ulu Öndər Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının ətrafında birləşmişlər. Çox sevindirici haldır ki, bu tendensiya bu gün də kütləvi şəkildə davam edir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək  dedi ki, ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur. Ənvər Haqverdiyev bildirmişdir ki, ümumillikdə Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. 

Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.