YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 27 ünvanında  yerləşən ərazi  partiya  təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov və məsləhətçisi Nərgiz Çiraqova iştirak etmişlər.

ƏPT-nin sədr müavini Mehman Əliyev iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

M.Əliyev ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermiş, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır.  Daha sonra M.Əliyev bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
ƏPT-nin sədr müavini Mehman Əliyev tərəfindən ƏPT-nin sədri vəzifəsinə Cəfərov Kamran Cavad oğlunun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Kamran Cəfərov sədr seçilmişdir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 27 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.

Yerli təşkilatın sədri ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur.

Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.