YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 31 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir. Ərazi partiya təşkilatının sədri Yeganə Maqsudova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Y.Maqsudova tərəfindən sədr vəzifəsinə Könül Əliyevanın namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində K.Əliyeva sədr seçilmişdir.
Yeni seçilmiş sədr Könül Əliyeva Yeganə Maqsudovanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Yeganə Maqsudova sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 31 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda YAP üzvü Könül Əliyevaya vəsiqə təqdim olunmuşdur.