YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında iclas keçirilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 12B ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın məsləhətçisi Kürsüm Həsənovanın iştirakı ilə iclas keçirilmişdir.
ƏPT-nin sədr müavini Leyla Budaqova çıxış edərək yığıncaq iştirakçılarını salamladı və gündəlikdə ƏPT-nin sədrinin seçilməsi məsələsinin olduğunu vurğuladı. O, sədr vəzifəsinə Suraxanı Sağlamlıq Mərkəzinin direktoru Məmmədova Günel Fikrət qızının namizədliyini irəli sürdü və bu təklifə səsvermə yolu ilə münasibət bildirilməsini xahiş etdi. ƏPT-də təmsil olunan üzvlərin səs verməsi nəticəsində G.Məmmədova sədr seçilmişdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 12B ünvanında yerləşən ərazi partiya təşkilatında gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, qeydiyyat, uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü aparılması ilə bağlı öz tövsiyələrini vermiş, ƏPT-nin sədrinə uğurlar arzulamışdır.