YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Ümmülbanu Mirzəqızı küçəsi 3 ünvanında yerləşən ƏPT-da seçki keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Ümmülbanu Mirzəqızı küçəsi 3 ünvanında yerləşən ƏPT-da seçki keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Ümmülbanu Mirzəqızı küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatında (97 nömrəli tam orta məktəb) yerli təşkilatın sədr müavini Salman Əbdülovun və məsləhətçisi Fərəh Məcidzadənin iştirakı ilə iclas keçirilmişdir. YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclası açıq elan etdikdən sonra bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədr və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.

ƏPT üzvü Samirə Bunyatova ƏPT sədrliyinə Elnarə Məmmədovanın namizədliyini irəli sürmüşdür. Daha sonra ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Elnarə Məmmədova yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir.

Yeni seçilmiş ƏPT-nin sədri Elnarə Məmmədova çıxış edərək ona etimad göstərib seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. E.Məmmədova ƏPT-nin sədr müavini vəzifəsinə Samirə Bunyatovanın namizədliyini irəli sürmüşdür. ƏPT-nin üzvləri arasında sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Samirə Bunyatova yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bildirmişdir ki, Əmircan qəsəbəsi Ümmülbanu Mirzəqızı küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qismən qənaətbəxşdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək iclas iştirakçılarına Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermişdir. Salman Əbdülov eyni zamanda öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.