Martın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və 36 nömrəli Uşaq Musiqi Məktəbininn birgə təşkilatçılığı ilə “Mənəviyyat: Keçmişdən gələcəyə” adlı tədbir keçirilib. Tədbirdə rayon idarə və müəssisələrin əməkdaşları, 36 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasınım Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadə, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, 36 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Raminə Ağayeva çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz bizim ən böyük sərvətimizdir.” Bu irs keçmişimizdən gələn bir güc, gələcəyimizi işıqlandıran sönməz bir məşəldir. Böyüyə ehtiram, ailə müqəddəsliyi və vətən sevgisi kimi dəyərlər bizim milli kimliyimizin bünövrəsidir. Zaman nə qədər dəyişsə də, əsl tərəqqi məhz bu mənəvi köklərə sadiqlikdən başlayır. Bizim vəzifəmiz Heydər Əliyev tərəfindən qorunan və ucaldılan bu mənəvi irsi gələcək nəsillərə daha saf və sarsılmaz şəkildə ötürməkdir.
Tədbirin bədii hissəsində 36 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət çıxışlar nümayiş olunub. Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.