Suraxanı rayonu 315 nömrəli tam orta məktəbdə "Təqvimin Zəfər Tarixi" adlı tədbir keçirilmişdir

Suraxanı rayonu 315 nömrəli tam orta məktəbdə "Təqvimin Zəfər Tarixi" adlı tədbir keçirilmişdir

8 noyabr - Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Suraxanı rayonu 315 nömrəli tam orta məktəbdə "Təqvimin Zəfər Tarixi" adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova Şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dövlət himni səsləndi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor vəzifəsini icra edən Leyli Rüstəmova bildirdi ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən birini heç şübhəsiz təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi vacib amildir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova dedi ki, tərbiyə işində milli duyğular, milli amil ön planda olmalıdır. Ona görə də hər şeyi orta məktəbin üzərinə atmaqdansa, ailə də öz məsuliyyətini başa düşməlidir. Hər şey ailədən başlamalıdır. Məktəb isə möhkəm binanı bu təməlin üzərində ucaltmalıdır.

Tədbirdə məktəbin şagirdləri Zəfər gününə həsr etdikləri kompazisiyaları nümayiş etdirdilər.