Surxay Noçuyev küçəsi 311 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (ƏPT) görüş keçirilmişdir.
YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi Surxay Noçuyev küçəsi 311 (282 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə görüş keçirilmişdir.
ƏPT sədri Səadət Məmmədova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları məktəbin ümumi fəaliyyəti, təhsil sahəsində son illər ərzində aparılan islahatlar, müəllimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər haqqında ətraflı məlumat verdi.
ƏPT sədr müavini Gülnarə Mirzəyeva çıxış edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi. Gülarə Mirzəyeva yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı geniş məlumat verdi.
ƏPT-nin fəal üzvləri Nərmin Fəttahova və Murad Ağakişiyev öz çıxışlarında Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması ilə bağlı görülən iş haqqında məlumat verdilər.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi Surxay Noçuyev küçəsi 311 ünvanında yerləşən ərazi partiya təşkilatında fəaliyyət göstərən YAP üzvləri öz aktivliyi, nümunəvi davranışları və vətənpərvər mövqeyləri ilə fərqlənməyi bacarmışlar.
Yerli təşkilatın sədr müavini son günlər regionda və dünyada baş verən hadisələrə öz münasibətini bildirərək demişdir ki, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin tarixi xidmətləri ölkəmizi zirvələrə qaldırıb və onun uzaqgörən, müdrik siyasəti nəticəsində sülh şəraitində yaşayır və inkişaf edirik. Yerli təşkilatının sədr müavini eyni zamanda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra YAP üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.