Xəzər dənizinin strateji əhəmiyyəti regionun gələcək inkişafında mühum rol oynayacaq
Aydan Cəfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin laborantı
Azərbaycan regionun yeni inkişaf mərhələsinə öz töhfələrini vermək istiqamətində təklif və təşəbbüslərini təqdim hazırdır.Azərbaycan Vətən Müharibəsində qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər aparır. 44 günlük Vətən Müharibəsi ilə öz ərazisinin işğalına və Ermənistanın işğalçı siyasətinə son qoyan, kapitulyasiya aktı imzalatdıran Azərbaycan hərbi qələbəsini diplomatik qələbəyə çevirməyə uğurla davam edir. Biz xoşbəxtik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır. Şanlı zəfərdən sonra yeni və geniş imkanlar yaranıb ki, şərqlə qərb arasında yüklərin və insanların hərəkəti ən qısa yolla həyata keçirilsin. Xəzər dənizi vasitəsi ilə Azərbaycan ərazisi və Zəngəzur dəhlizi Qərbi Avropaya getmək üçün ən optimal yoldur.
Xəzər dənizinin strateji əhəmiyyəti regionun gələcək inkişafında mühum rol oynayacaq. Azərbaycan bu məhfumu dərindən dərk edir. 29 iyun 2022-ci il tarixində Aşqabadda Prezident İlham Əliyevin qatıldığı Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı növbəti mühüm və yadda qalan hadisə sayıla bilər. Dövlət başçımız toplantıdakı çıxışında qeyd etmişdir ki, “Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Dövlətlər arası görüşlərdən sonra Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minir. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.