YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 27 ünvanında yerləşən ərazi partiya təşkilatında rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Tədbirdən öncə yerli təşkilatın nümayəndələri Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olumuş guşəyə baxış keçirmiş və Vətən Müharibəsi şəhidi Zeynalov Teymurun ərazi partiya təşkilatında fəaliyyət göstərən atası Tağı Zeynalovun qayğıları ilə maraqlanmışlar.
Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ərazi partiya təşkilatının sədri Allahverdiyev Cavanşir Hacıkərim oğlu YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir.
Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 27 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Allahverdiyev Cavanşir Hacıkərim oğlu, sədr müavini Əliyev Mehman Firuddin oğlu seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ərazi partiya təşkilatının üzvlərini salamlayaraq işlərində uğurlar arzuladı. Yerli təşkilatın sədri ölkədə həyata keçirilən geniş miqyaslı islahatlara toxunaraq bildirmişdir ki, əldə olunmuş uğurlarda YAP üzvlərinin rolu az deyildir. Vüqar Seyidov partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən və vətəndaş mərkəzli siyasətinin ölkə əhalisi tərəfindən dəstəkləndiyini vurğulamışdır. Rayon təşkilatının sədri YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzənin qənaətbəxş olduğunu bildirdi.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyə və tapşırıqlarını vermiş, ƏPT-nın fəaliyyətində uğurlar diləmişdir.