YAP Suraxanı rayon təşkilatının sədri "Şəhid Muxtar Qasımlı" adına Fitness İdman klubunda yaradılmış şərait ilə tanış olmuşdur

YAP Suraxanı rayon təşkilatının sədri "Şəhid Muxtar Qasımlı" adına Fitness İdman klubunda yaradılmış şərait ilə tanış olmuşdur
1 sentyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsi 2c ünvanında yerləşən "Şəhid Muxtar Qasımlı" adına Fitness İdman klubunda yaradılmış şərait ilə tanış olmuşlar.
İdman klubunun imkanları yaxından maraqlanan Vüqar Seyidov bildirmişdi ki, şəhidlərin qəhrəmanlıqları, vətənpərvərlikləri ilə yanaşı, onların həyat tərzləri, şəhid olduqları zamana qədər cəmiyyətdə davranışları gələcək nəsillər üçün nümunə olmalıdır. Muxtar Qasımlının peşakar idmançı olduğunu xüsusi qeyd edən yerli təşkilatın sədri onun əzminin, qətiyyətinin vətənsevərliyinin yeni formalaşan gənclik üçün nümunə olduğunu bildirdi.
Yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkili və pis vərdişlərdən uzaq olmaları üçün bu İdman klubunun da xüsusi rolu olacağına inandığını bildirən YAP rəsmisi "Şəhid Muxtar Qasımlı" adına Fitness İdman klubuna gələcək fəaliyyətində uğurlar arzuladı.