14 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatın inzibati binasında uzun illər partiyaya ləyaqətlə xidmət etmiş, Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən Ərazi Partiya Təşkilatının sədr müavini Əkbərov Ceyhun Çingiz oğlunu YAP Suraxanı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif etmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Ceyhun Əkbərov gənc yaşlarında üzv olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasında fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir. O, Ərazi Partiya Təşkilatında doğma partiyamıza sədaqətlə xidmət etmiş və bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Prezident, YAP-ın sədri cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
Göstərilən diqqətə və qayğıya görə Ceyhun Əkbərov YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. ƏPT-nin sədr müavini qeyd etmişdir ki, bundan sonra da dövlətə, dövlətçiliyə və doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.