YAP Suraxanı rayon təşkilatının rəhbərliyi jurnalist İlyas Rzayevi təbrik etmişdir

YAP Suraxanı rayon təşkilatının rəhbərliyi jurnalist İlyas Rzayevi təbrik etmişdir

28.07.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında uzun illər milli mətbuatımıza ləyaqətlə xidmət etmiş jurnalist, “Uğurlu yol” qəzetinin təsisçisi İlyas Rzayevin 65 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir.

Çay süfrəsi ətrafında, səmimi mühitdə keçən görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın aparatının əməkdaşları, “Uğurlu yol” qəzetinin kollektivi, yubliyarın qələm dostları və əqidə yoldaşları iştirak etmişlər.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, İlyas Rzayev öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə, milli mətbuatın və müasir jurnaslistikanın inkişafına həsr etmişdir. Jurnaslistika sahəsində uğurları ilə yanaşı onun ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin mətbuat vasitəsi ilə işıqlandırılmasında onun rolunu və xidmətləri müstəsnadır.

Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, İlyas Rzyaevin Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təəssübkeşi kimi fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli, işgüzar, savadlı söz-qələm sahibi, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı bir ziyalı, dünyagörüşlü, təcrübəli, xeyirxah insan olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ictimai fəal kimi ölkəmizə sədaqətlə xidmət etmiş, bu dövr ərzində keçirilən bütün seçkilərdə, təbliğat işində fəallığı ilə seçilmişdir. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında yayılmasında aktiv iştirak etmişdir.

Daha sonra çıxış edən natiqlər bildirmişlər ki, İlyas müəllim 65 illik ömrünün 40 ilini milli mətbuatımızın inkişafına həsr edərək bu sahədə bir çox uğurlar əldə etmişdir. Daim dövlətimizin və dövlətçiliyimizin keşiyində öz qələmi ilə dayanan yubliyar fəaliyyəti ilə hər zaman müsbət mənada  fərqlənmişdir.

Göstərilən diqqətə və qayğıya görə yubliyar jurnalist, “Uğurlu yol” qəzetinin təsisçisi İlyas Rzayev YAP Suraxanı rayon təşkilatına, onun sədri Vüqar Seyidova və görüş iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.  Jurnalist qeyd etmişdir ki, bundan sonra da dövlətçiliyimizə ləyaqətlə xidmət etməyə davam edəcəkdir. Sonda yubliyar 2020-ci ildə çapdan çıxmış "Vətən ürəyim mənim" adlı kitabını görüş iştirakçılarına təqdim etmişdir.