Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Bu münasibət Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək, şəhidin övladlarını təbrik etmiş, doğum gününü qeyd edən balalarımıza hədiyyələr təqdim edərək, şəhid ailəsinin qayğıları ilə maraqlanılmışlar.
Sonda şəhid ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.