YAP Suraxanı rayon təşkilatının nümayəndələri bir Vətən uğrunda eyni anda şəhid olan iki qardaşın anım mərasimində iştirak etmişlər
02 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri bir Vətən uğrunda eyni gündə, eyni saatda, eyni anda şəhid olan iki qardaş Məmmədzadə İman və Bəhram Elman oğullarının ildönümü mərasimində iştirak etmişlər. Öncə şəhid əsgərlər Məmmədzadə İman və Bəhramın Xəzər rayonu Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahları ziyarət edilmiş, məzarları üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
Şəhidlərin ataları Elman Məmmədovla ilə söhbət əsnasında məlum olmuşdur ki, Azərbaycanın müxtəlif bölgələrində bir neçə belə ailə vardır ki, onların hər iki övladı Vətən Müharibəsi şəhididir. Döyüş yoldaşları şəhid qardaşlar İman və Bəhramın yaralansalar da döyüşə davam etdiklərini bildirdilər. Hər iki qardaşın qəhrəmancasına şəhid olduqları xüsusi vurğulandı.
Daha sonra, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri ailənin qayğıları ilə maraqlanmışlar. Vüqar Seyidov şəhid qardaşların əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət dilədi. Rayon təşkilatının sədri şəhidlərimizin hamısının ruhlarının əziz olduğunu xüsusi qeyd etmişdir. Vüqar Seyidov hər zaman Şəhid ailələrinin yanlarında olduğunu şəhidin atası Elman Məmmədova bildirdi.
Göstərilən diqqət və qayğıya görə şəhidin atası, ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.