YAP Suraxanı rayon təşkilatının fəalları Qarabağ Universiteti ilə yaxından tanış olublar

YAP Suraxanı rayon təşkilatının fəalları Qarabağ Universiteti ilə yaxından tanış olublar

8 noyabr-Zəfər günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Xankəndi və Şuşa şəhərlərinə səfəri çərçivəsində Qarabağ Universiteti ilə yaxından tanışlıq olub. YAP Suraxanı rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, qazilər, sosial medya qrupunun fəalları, fəal gənclər ibarət olan nümayəndə heyəti universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanmışdır. Onlar müxtəlif dərs otaqları, kitabxana, laboratoriyalarda dərs prosesi ilə yaxından tanış olublar.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq bildirdi ki, YAP Suraxanı rayon təşkilatı ilk dəfə geniş nümayəndə heyəti ilə üniversitetə qonaq gəlmişdir. Üniversitetdə təhsil alan 1200 tələbə olduğunu vurğulayan rektor onu da qeyd etmişdir ki, bu gün bu təhsil ocağında təlim-tərbiyənin və elmi araşdırmaların həyata keçirilməsi üçün hər cür şərait dövlət tərəfindən yaradılmışdır. Rektor onu da xüsusi vurğulamışdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhəri işğaldan azad olunduqdan sonra Qarabağ Universitetinin yaradılması böyük qayıdış prosesinə öz müsbət töhfələrini verməkdədir.

YAP Suraxanı rayon təşkilatın sədri Vüqar Seyidov göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək bildirdi ki, Xankəndində olmaq, Qarabağ Universitetini ziyarət etmək xalqımızın gerçəkləşən arzularının təzahürüdür və xüsusi əhəmiyyətə malik tarixi andır. Universitetdə yaradılmış  şəraiti yüksək qiymətləndirən Vüqar Seyidov bu təhsil ocağının tarixi şəxsiyyətlər yetişdirəcəyinə əmin olduğunu bildirmişdir. Vüqar Seyidov böyük qələbənin əldə olunmasında Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin tarixi əhəmiyyəti olduğunu bildirərək dedi ki, cənab İlham Əliyev Şanlı Zəfərimizin memarıdır.