YAP Suraxanı rayon təşkilatının Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında ərazi partiya təşkilatı yaradıldı

YAP Suraxanı rayon təşkilatının Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında ərazi partiya təşkilatı yaradıldı

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də çalışan bir qrup YAP üzvü olan əməkdaşların müraciətini nəzərə alaraq Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ünvanında ərazi partiya təşkilatının yaradılması haqqında müvafiq əmr imzalamışdır. Müvafiq əmrə əsasən 30 oktyabr 2021-ci il tarixdə Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının sədrinin və nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilmiş, ƏPT-nın sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə olunmuşdur.

Yığıncağı giriş sözü ilə açan “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov qonaqları salamlayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının ölkə miqyasında fəaliyyəti dövlətimizin inkişafına səbəb olmuşdur. YAP-ın sədri, ölkə Prezidentinin Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızın işğaldan azad edilməsində oynadığı müstəsna rol partiyanın nüfuzunu da artırmışdır. O qeyd etmişdir ki, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin sıralarında çoxlu sayda YAP üzvü fəaliyyət göstərməkdədir. Eyni zamanda da partiya üzvü olmayan, lakin onun siyasətini dəstəkləyən əməkdaşlar mövcuddur. Bu səbəbdən YAP Suraxanı rayon təşkilatının nəznində Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatının yaradılması məqsədilə müraciət ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Rəşad Daşdəmirov Vüqar Seyidova öz minnətdarlığını bildirdi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də fəaliyyət göstərən əməkdaşların hər birinə bu cür mütərrəqi təşəbbüs üçün öz dərin minnətdarlığını bildirdi. O, qeyd etdi ki, YAP sıralarında dövlətinə və xalqına sadiq vətəndaşlar fəaliyyət göstərməkdədirlər. Cənab Prezidentin YAP sədri kimi də fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini deyən Vüqar Seyidov YAP üzvü olmağın həm fəxarətli, həm də məsuliyyətli olduğunu ifadə etmişdir. Yerli təşkilatın sədri VII qurutltayından bu günə qədər görülmüş işlər, aparılan islahatlar və YAP-ın sədri cənab İlham Əliyevin partiya qarşısında qoyduğu hədəflər haqqında ətraflı məlumat vermişdir. Daha sonra YAP-a yeni daxil olan üzvlərlə ölkədəki ictimai-siyasi vəziyyət, Vətən Müharibəsində əldə olunmuş möhtəbər qələbə haqqında fikir mübadiləsi aparılmış, partiya üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Rəşad Rasim oğlu Daşdəmirov, sədr müavini Hüseynov Əlimirzə Akif oğlu seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatına gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermis, ƏPT-nın fəaliyyətində uğurlar diləmişdir.