YAP Suraxanı rayon təşkilatının 172 nömrəli tam orta məktəbdə ərazi partiya təşkilatı yaradıldı
172 nömrəli tam orta məktəbdə çalışan bir qrup YAP üzvü olan əməkdaşların müraciətini nəzərə alaraq Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Hövsan qəsəbəsi “MİDA Hövsan yaşayış kompleksi” 5 ünvanında ərazi partiya təşkilatının yaradılması haqqında müvafiq əmr imzalamışdır. Müvafiq əmrə əsasən 18 noyabr 2021-ci il tarixdə Hövsan qəsəbəsi “MİDA Hövsan yaşayış kompleksi” 5 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının sədrinin və nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilmiş, ƏPT-nın sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə olunmuşdur.
Yığıncağı giriş sözü ilə açan 172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova qonaqları salamlayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının ölkə miqyasında fəaliyyəti dövlətimizin inkişafına səbəb olmuşdur. YAP-ın sədri, ölkə Prezidentinin Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızın işğaldan azad edilməsində oynadığı müstəsna rol partiyanın nüfuzunu da artırmışdır. O qeyd etmişdir ki, yeni istifadəyə verilmiş məktəbimizdə çalışan müəllim heyətinin əksər hissəsi gənc nəslin nümayəndələri olmaqla yanaşı, bir çoxları eyni zamanda YAP üzvü kimi də fəaliyyət göstərməkdədir. Eyni zamanda da partiya üzvü olmayan, lakin onun siyasətini dəstəkləyən əməkdaşlar da mövcuddur. Bu səbəbdən YAP Suraxanı rayon təşkilatının nəznində Hövsan qəsəbəsi “MİDA Hövsan yaşayış kompleksi” 5 ünvanında yerləşən ərazi partiya təşkilatının yaradılması məqsədilə müraciət ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Vəfa Bağırova Vüqar Seyidova öz minnətdarlığını bildirdi.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 172 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən əməkdaşların hər birinə bu cür mütərrəqi təşəbbüs üçün öz dərin minnətdarlığını bildirdi. O qeyd etdi ki, Yeni Azərbaycan Partiyası öz ənənələrinə sadiq siyasi qurum olsa da daim yenilənməyi, inkişaf etməyi və müasir çağırışlara cavab verməyi öz qarşısına məqsəd qoymuşdur. YAP-ın VII qurultayının iştirakçısı kimi qeyd etmək istəyirəm ki, möhtərəm Prezident, hörmətli sədr partiyanın qarşısında böyük hədəflər qoymuşdur. Biz YAP olaraq dəyərli və əqidəli gənclərin yetişdirilməsinə xidmət etməliyik. Doğma partiyamızda ən dəyərli kadrlar təbii şəkildə toplaşmalı və onlar dövlətimizin kadr ehtiyaclarını təmin etməlidirlər. Vüqar Seyidov Təhsil ocaqlarının bu işdə dövlətimizin keşiyində olduğunu vurğuladı.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Hövsan qəsəbəsi “MİDA Hövsan yaşayış kompleksi” 5 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Bağırova Vəfa Teymurxan qızı, sədr müavini Rəfiyeva Yazgül Əhmədiyyə qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Hövsan qəsəbəsi “MİDA Hövsan yaşayış kompleksi” 5 ünvanında yerləşən ərazi partiya təşkilatına gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermis, ƏPT-nın fəaliyyətində uğurlar diləmişdir.