YAP Suraxanı rayon təşkilatında şəhid anası ilə səmimi görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında şəhid anası ilə səmimi görüş keçirilmişdir

14.02.2022 – ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Vətən Müharibəsində şəhid olmuş əsgər Əsgərov Rüfət Qabil oğlunun anası Aynur xanımla səmimi çay süfrəsi ətrafında görüş təşkil olunmuşdur. Görüş əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhid anasını salamlayaraq onun və ailəsinin qayğıları ilə yaxından maraqlanmışdır. Yerli təşkilatın sədri bildirmişdir ki, Yeni Azərbaycan Partiyası,  onun Suraxanı rayon təşkilatı ilk gündən şəhid analarının yanındadır. Vüqar Seyidov cənab Prezidentin şəhid ailələrinə və qazilərə olan münasibətinin hər bir vətəndaş üçün örnək olduğunu ifadə etmişdir.

Şəhid anası Aynur xanım Əsgərova da öz növbəsində qəbula görə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova dərin minnətdarlığını bildirmişdir. Aynur Əsgərova xüsusi qeyd etmişdir ki, YAP Suraxanı rayon təşkilatı şəhid anaları üçün doğma məkandır. Onlar istənilən məsələ ilə bağlı, qarşılaşdıqları istənilən problem ilə əlaqədar yerli təşkilata müraciət edirlər. Göstərilən diqqət və qayğıya görə şəhid anası cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişdir.

Qeyd edək ki, şəhid əsgər Əsgərov Rüfət Qabil oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə əsgər, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.