YAP Suraxanı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir

YAP Suraxanı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Atamoğlan Rzayev-3 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndələrinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Öncə ərazi partiya təşkilatının sədri Azayeva Aygün Fazil qızı YAP-ın VI qurutltayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir.

Atamoğlan Rzayev-3 ünvanında yerləşən ərazi partiya təşkilatında ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Azayeva Aygün Fazil qızı, sədr müavini Fərəcova Gülbəniz Arif qızı seçilmişlər.  ƏPT-nin iclası ilə bağlı protokol tərtib edilmişdir. Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Kürsüm Həsənova və Dilarə Əzizova çıxış edərək bildirmişlər ki, Atamoğlan Rzayev-3 ünvanında yerləşən ərazi partiya təşkilatın işini qənaətbəxş hesab etmək olar.

YAP Suraxanı rayon təşkilatının nümayəndələri gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermişlər.